Keçmiş FİFA referisi Miroslav Stupar Ukrayna milli komandasının baş məşqçisi Sergey Rebrovun yerinə mümkün namizədlər barədə danışarkən, "Neftçi"nin çalışdırıcısı Yuri Vernidubdan da bəhs edib.
Sportal.az xəbər verir ki, “sport.ua” portalına müsahibə verən Stupar Vernidubun yığma komanda üçün yaxşı seçim ola biləcəyini deyib:
"Hesab edirəm ki, bu, reallığımıza və mentalitetimizə bələd olan ukraynalı mütəxəssis olmalıdır. Əlbəttə ki, bu, tanınmış məşqçi, xarizmatik, güclü motivasiya edən və oyunçular arasında hörmət qazanan biri olmalıdır. Təəssüf ki, Sergey Rebrov oyunlar zamanı texniki zonada emosional deyil və bu, onun oyunçularına fayda vermir. Bəlkə də buna görə onlar monoton, heç bir aktivlik olmadan, tez-tez iradəsiz davranırlar. Hazırda Vitali Kvartsyanı kimi mütəxəssisi dəvət etməyin vaxtıdır, amma o, uzun müddətdir praktikasızdır. Etiraf etmək lazımdır ki, yerli komandalarla işləyən məşqçilər lazımi keyfiyyətlərə malik deyillər. Buna görə də Yuri Vernidubu milliyə dəvət etmək ən məntiqli seçimdir. Onun məşqçilik etdiyi komandaların oyunçularına tez-tez döyüşkənliklərinə görə "kişi" deyirdilər. Düzdür, Vernidub hazırda Azərbaycanda çalışır, amma düşünürəm ki, o, milli komandaya məşqçilik etməyə etiraz etməzdi. Axı bu, hər məşqçinin arzusudur".
saytlarin hazirlanmasi
