"Millimizdəki mübarizəni, əzmi və istəyi görəndə insan sevinir"

11:18 - 1 Aprel 2026

Azərbaycan milli komandasının sabiq forvardı Rauf Əliyev Sportal.az saytına açıqlama verib.

O, yığma komandamızın "FIFA Series-2026" beynəlxalq turnirində qalib olmasına münasibət bildirib. 

Əliyevin fikrincə, milli səviyyəsində qazanılan hər bir qələbə önəmlidir:

"Milli komandamızın final görüşünü izlədim. Təbii ki, qalib gəlməkləri xoş idi. Çünki hər bir qələbə şirindir, vacibdir. Ola bilər ki, yoldaşlıq görüşləri idi. Amma qələbə hər zaman yaxşıdır. Özü də, millimizdə sevinci, istəyi, mübarizəni əzmi görəndə insan sevinir. Hiss olunur ki, Ayxan Abbasov millimizə bu ruhu geri qaytara bilib. Vacib məqamlardan biri də budur. Rəqibin və görüşün fərqi yoxdur. Allah qoysa, qarşıdakı matçlarda da, qrup oyunlarında da bu cür yanaşmanı görərik. Təbii ki, bunlar millimizə xeyir verir".

Mirbağırağa
 

Xəbər xətti