"Ümid edirəm vidalaşanda ağlamaram" - "Mançester Yunayted"dən ayrılacaq futbolçu

01:00 - 1 Aprel 2026

Kasemiro "Mançester Yunayted" azarkeşlərinə dəstəyə görə təşəkkür edib.

Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi mövsümün sonunda komandadan ayrılacağını bildirib.

“Düzünü desəm, bunu izah edə bilmirəm. Mənim edə biləcəyim yeganə şey minnətdar olmaqdır, çünki həqiqətən böyük zövq alıram. Təkcə mən yox, bütün ailəm. Azarkeşlərin sevgi və bağlılığını eşitmək bizim üçün böyük şərəfdir.

Çoxları düşünür ki, bu, yalnız ayrılıq elanından sonra başladı, amma mən ilk gündən etibarən həm mənə, həm də ailəmə göstərilən münasibətə görə minnətdar olmalıyam. ‘Yunayted’ azarkeşlərinə minnətdaram və onları ömür boyu xatırlayacağam.

Ümid edirəm vidalaşanda ağlamaram, çünki bu, gözəl bir təcrübədir. Həyat yoldaşım bir neçə gün əvvəl artıq ağlamışdı, azarkeşlər məni daha bir il qalmağa çağıranda. Mən sadəcə bu anlardan zövq almaq istəyirəm və bütün bu hissləri yaşamaq istəyirəm. Mən ömrümün sonuna qədər “Mançester Yunayted” azarkeşi olacağam”, – deyə Kasemiro bildirib.

Xəbər xətti