"Federiko Valverde “Qızıl top”a namizəd ola bilər" - millinin baş məşqçisi

23:02 - 31 Mart 2026

Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa milli komandanın və “Real”ın yarımmüdafiəçisi Federiko Valverdenin səviyyəsini yüksək qiymətləndirib.

Sportal.az xəbər verir ki, Byelsa öz açıqlamasında Valverdenin "Qızıl Top"a layiq olduğunu dilə gətirib:

“Valverde öz mövqeyində oynayanların əksəriyyətindən fərqli tipdə futbolçudur. O, həm mərkəzdə, həm də sağ və sol cinahlarda eyni rahatlıqla oynaya bilir.

Yarımmüdafiədə o, dərin mövqedə də çıxış edə bilər, dayaq yarımmüdafiəçisinin önündə də, hücumameyilli yarımmüdafiəçiyə yaxın zonada da. Bu üç mövqenin hər birində problemsiz oynayır. O, həmçinin sağ və sol müdafiəçi, eləcə də vinger kimi çıxış edib ki, son vaxtlar bu xüsusiyyəti ona xüsusi diqqət qazandırıb. Sağda həlledici epizodlar yaradır, amma soldan da daxil olub qol ötürmələri verdiyini görmüşük.

Onu Pedri və Vitinyadan fərqləndirən məhz budur. Onlarda bu cür universallıq yoxdur. O, şübhəsiz ki, dünyanın ən yaxşılarından biridir. "Qızıl top" mükafatı komandadakı fərdi çıxışa və qazanılan titullara görə verilir. O, qeyd etdiyim bütün keyfiyyətlərə malikdir, amma çox ciddi rəqabətlə üzləşir, hətta öz komandasında belə. Məsələn, Vinisius və Mbappe ilə rəqabət aparmaq çətindir."

Xəbər xətti