"Ayntraxt" mövsümün sonunda müqaviləsi başa çatan Mario Qyötse ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, Bundesliqa klubu almaniyalı futbolçunun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Ayntraxt" Mario Qyötseni 2022-ci ilin yayında PSV-dən 3 milyon avroya transfer edib. Almaniya millisi ilə 2014-cü ildə dünya çempionu olmuş təcrübəli oyunçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol ötürməsi edib.
saytlarin hazirlanmasi
