Rauf Məmmədov dünya çempionu ilə eyni turnirdə iştirak edəcək

22:48 - 1 Aprel 2026

Kişi şahmatçılardan ibarət Azərbaycan milli komandasının üzvü Rauf Məmmədov Almaniyada keçiriləcək “Grenke” şahmat festivalında iştirak edəcək.

Sportal.az xəbər verir ki, turnir 2-6 aprel tarixlərində Karlsruedə təşkil olunacaq.

Nüfuzlu və ənənəvi beynəlxalq yarışa üçqat Avropa çempionumuzdan savayı, dünya çempionu, FİDE reytinqinin lideri Maqnus Karlsen də qatılacaq.

Xəbər xətti