Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov “FİFA seriyası-2026” beynəlxalq turnirinin oyunlarından öncə keçirilmiş mətbuat konfransında iyunda San Marino və Malta yığmaları ilə yoldaşlıq matçları keçirəcəyini açıqlamışdı.
Sportal.az xəbər verir ki, milli komandamızın bu rəqiblərlə görüşü təsdiqlənib.
Heç bir görüşün tarixi hələ ki bəlli deyil. Lakin əldə etdiyimiz məlumata görə, həm Malta, həm də San-Marinoya qarşı görüş Avstriyada baş tutacaq.
Yığma komandamız mövsüm başa çatdıqdan sonra, iyunda Avstriyada təlim-məşq toplanışı keçəcək.
