"Barselona" əfsanəvi futbolçu Patrik Klyuvertin oğlu Şeyn Klyuvertin müqaviləsinin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, bu barədə İspaniya çempionunun mətbuat xidməti məlumat yayıb.
Niderland U-19 millisinin üzvü ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Şeyn Klyuvert 2017-ci ilin yayında PSJ-nin akademiyasından "Barselona"ya keçib. 18 yaşlı futbolçu bu mövsüm Kataloniya təmsilçisinin B komandasının heyətində meydana çıxdığı 23 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
