"Beşiktaş"ın transfer hədəfi bəlli oldu

10:48 - 3 Aprel 2026

"Beşiktaş" yay "transfer pəncərəsi" zamanı heyətinə daha bir legioneri qatmaq istəyir.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "qara qartallar" "Samsunspor"un futbolçusu Olivye Ntçamı transfer etməyi planlaşdırır.

Hazırda klublar arasında ilkin danışıqlara start verilib. Kamerun millisinin yarımmüdafiəçisi də "Beşiktaş"da oynamağ müsbət yanaşır.

30 yaşlı futbolçunun "Samsunspor"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Ntçam “Cenoa”, “Seltik”, “Marsel”, “Suonsi”də oynadıqdan sonra 2023-cü ildən “Samsunspor”da çıxış edir.
 

Xəbər xətti