"Qarabağ"ın "Sabah"dan 10 xal geri düşməsini çempionat başlamamışdan qabaq yəqin ki, heç kəs fikirləşməzdi. Bunun "Qarabağ"ın Çempionlar Liqasındakı iştirakı ilə əlaqədar olduğunu düşünürəm. Çünki bir az başları ora qarışdı. "Qarabağ"ın ehtiyat skamyası da bir az əvvəlki illərə baxanda, zəif görünür. Əvvəlki illərdə ikinci heyətlə qalib gəlirdi rəqiblərə, bu biri futbolçular da dincəlirdi. Amma bu mövsümkü çempionat fərqlidir. “Sabah”ın güclənməsi də burada öz təsirini göstərmiş ola bilər".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Elmir Xankişiyev deyib.
O, Ağdam klubunun bu mövsümkü performansını dəyərləndirib və sabiq komandasının Premyer Liqadakı çempionluq şanslarından danışıb.
Xankişiyevin fikrincə, "Qarabağ" üçün "Sabah"la 10 xallıq fərqi aradan qaldırmaq çətin olacaq: "Qarabağ"ın “Sabah”ı turnir cədvəlində qabaqlaması artıq inandırıcı gəlmir. Çünki sona 8 tur qalıb və bu, çətin olacaq. Amma öz aralarındakı oyun hər şeyi həll ola bilər, bundan çox şey asılıdır. “Qarabağ” “Sabah”a qalib gəlsə, “Sabah”da ruh düşkünlüyü yarana bilər, sonradan xallar itirmək təhlükəsi mümkündür. Ona görə də, "Qarabağ"la "Sabah" arasındakı oyun altı xallıq görüşdür. Bu tərəfdən də, "Qarabağ" təxirə salınmış görüşdə "Neftçi" ilə qarşılaşacaq. Amma "Neftçi" də əvvəlki “Neftçi” deyil, artıq yüksəlişdədir. “Qarabağ” üçün bu oyunu da qalib başa vurmaq çətin olacaq. “Qarabağ”ın “Sabah”a çatması çətin görünür".
Mirbağırağa
saytlarin hazirlanmasi
