"Milli komandaya müsahibələr və danışıqlar yolu ilə düşmək istəmirəm" - "Sabah"ın legioneri

19:22 - 5 Aprel 2026

"Sabah"ın müdafiəçisi Timoteuş Puxaç Polşa millisinə qayıtmaq istədiyini bildirib.

Sportal.az xəbər verir ki, “Przegląd Sportowy” portalına danışan təcrübəli futbolçu bunları deyib:

"Nikola Zalevski, Yakub Kaminski, Mixal Skuras və Oskar Pietuşevski kimi cinah oyunçularımız varsa, bəlkə də beş deyil, dörd müdafiəçi ilə oynamağa dəyər. Düşünürəm ki, əksər polşalı futbolçular uşaqlıqdan bəri dörd müdafiəçi ilə məşq ediblər. Bu, milli komanda üçün daha təbii bir formalaşma ola bilər. Müsahibələr və söhbətlər yolu ilə milli komandaya düşmək istəmirəm. Hər kəs milli komandada oynamaq istəyir. Mən öz çıxışlarımla bu fürsətə layiq olduğumu sübut etməyə çalışacam".


 

Xəbər xətti