Azər Bağırov: "İki həftəlik fasilə "Kəpəz"in xeyrinə olacaq"

14:21 - 5 Aprel 2026

“İki həftəlik fasilə komandamız üçün çox faydalı olacaq. Milli fasilə dövründə futbolçuların həm fiziki, həm taktiki, həm də psixoloji hazırlığı üzərində planlı şəkildə işləyirdik. Şükürlər olsun ki, bu iki həftəni zədəsiz və istədiyimiz səviyyədə başa vurmuşuq. Misli Premyer Liqasında yaranan iki həftəlik fasilə “Kəpəz”in xeyrinə olacaq".

Sportal.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Klubun mətbuat xidmətinə açıqlama verən Bağırov bu gün Misli Premyer Liqasının 26-cı turu çərçivəsində qarşılaşacaqları "Qəbələ" ilə görüşü haqda da danışıb:

"Zaman göstərəcək ki, komanda “Qəbələ” ilə oyuna necə hazırlaşıb. Çünki yekunda əsas olan nəticədir və ümid edirəm ki, bu nəticə “Kəpəz”in xeyrinə olacaq. Çünki komandada yüksək əhval-ruhiyyə var. Özümüzə çox inanırıq. Bilirik ki, bu 2 həftəlik ara “Kəpəz”in xeyrinə olacaq”.

Qeyd edək ki, “Kəpəz” – “Qəbələ” oyunu bu gün saat 15:30-da başlayacaq.

Xəbər xətti