"Yamal mənə futbolu yenidən sevdirdi" - sabiq "Mançester Yunayted"li

23:04 - 6 Aprel 2026

Rio Ferdinand Lamine Yamal haqqında geniş danışıb və onu xüsusi oyunçularla müqayisə edib.

Sportal.az xəbər verir ki, "Mantester Yunayted"in veteran futbolçusu öz açıqlamasında bunları qeyd edib:

“Yamal mənə futbolu yenidən sevdirdi. Əvvəllər Dieqo Maradona, Xuan Roman Rikelme, Xuan Sebastian Veron kimi oyunçular var idi, məhz belə risk edən, driblinq edən və qeyri-adi şeylər edən futbolçulara görə bu oyunu sevirəm.

Yamal da həmin kateqoriyaya daxildir, risk edir və azarkeşləri əyləndirmək istəyir. Bu gün dünyanın ən yaxşı oyunçusunun kim olduğunu müzakirə etsək, onun adı mütləq çəkilməlidir.

Və bilirsiniz, onda daha nəyi bəyənirəm? O, sadəcə futbolçu deyil. O, səsini istifadə edərək stadionlarda səslənən anti-müsəlman şüarlara diqqət çəkir. Dedi ki: ‘Mən müsəlmanam, əlhəmdülillah. Dünən stadionda “kim tullanmasa, müsəlmandır” kimi şüarlar səslənirdi. Bilirəm ki, bu, şəxsən mənə qarşı deyildi, amma müsəlman kimi bu, yenə də hörmətsizlikdir və qəbuledilməzdir’.

Bu, hələ uşaqdır, 10 illik təcrübəsi olan peşəkar deyil, 18 yaşlı futbolçudur və məncə, onun bu fikirləri ideal idi."

Xəbər xətti