Tanınmış məşqçi dünyasını dəyişdi

22:11 - 7 Aprel 2026

Rumıniyalı məşqçi Mirça Luçesku dünyasını dəyişib.

Sportal.az xəbər verir ki, mütəxəssis 80 yaşında müalicə aldığı Buxarest Universiteti Xəstəxanassında vəfat edib. Bu barədə tibb mərkəzinin baş haəkimi Katalin Kirstiu məlumat verib.

Təcrübəli məşqçi bir neçə gündür ürəyində olan problemə görə müalicə alırdı.

Qeyd edək ki, Mirça Luçesku məşqçilik karyerası ərzində "Dinamo" (Buxarest), "Rapid" (Buxarest), "Pisa", "Breşiya", "Reccina", "İnter" (hamısı İtaliya), "Beşiktaş", "Qalatasaray", "Şaxtyor" (Donetsk), "Dinamo" (Kiyev), "Zenit" (Sankt-Peterburq), Türkiyə və Rumıniya millilərində çalışıb.

Xəbər xətti