“Bu matçda qol vurmaq üçün çox şans yox idi, ona görə də bir epiozdun vəziyyəti dəyişə biləcəyini düşünürdük. “Napoli” vəziyyətdən yaxşı istifadə etdi, müdafiəmiz yerində idi, amma bu qolu buraxdıq. İkinci hissədə hücumlarımızı daha tez bitirməli idik, amma tərəddüd etdik və onların pressinq etməsinə imkan verdik”.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis bunu “Football Italia”ya açıqlamasında bildirib. O, komandasının İtaliya A seriyasının 31-ci turunda “Napoli”yə səfərdə 1:0 hesabı ilə məğlubiyəti haqda danışıb:
“Düşünürəm ki, Nkunku və Fülkruq yaxşı oynadılar. Nkunku komanda üçün çox çalışdı və bir neçə fürsət əldə etdi. O, epizodlardan ən azından birini vurmalı idi. Oyunumuzu mütləq yaxşılaşdırmalıyıq ki, Çempionlar Liqasına vəsiqə qazanmaq məqsədimizə çataq”.
“Napoli” 31 oyundan sonra 65 xalla 2-ci pillədədir. “Milan” 63 xalla üçüncüdür.
saytlarin hazirlanmasi
