Hadisələrin sonrakı gedişatı göstərdi ki, "Turan Tovuz"un rəhbəri Ehtiram Quliyev Əliyarla bağlı halal-haram söhbəti edəndə düz deyirdi. Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da təsdiqlədi ki, Əliyar "Zirə"ylə oyunda "Turan Tovuz"un iki penaltisini "yeyib".
Əslində, bu, Əliyar Ağayevlə bağlı nə birinci belə hadisədir, nə ikinci, nə də üçüncü... Adam artıq neçə ildir ki, bizim Premyer Liqada yolaverdi hakimlik edir. Heç uzağa getməyib ötən mövsümü xatırlayaq. "Neftçi" ilə "Sabah" arasında kubokun ilk yarımfinal matçında açıq-aşkar penaltini verməmişdi. Haqqı yeyilən "Sabah" tərəfi məsələnin üstünə düşəndən sonra həmin oyunun VAR hakimi Rauf Allahverdiyev peşəsindən ömürlük uzaqlaşdırıldı. Halbuki Mikelsin epizodu Əliyar Ağayevin düz gözü qabağında baş vermişdi. Penaltini göstərsəydi, heç kimin başı ağrımayacaqdı.
İndi də oxşar vəziyyət "Turan Tovuz" - "Zirə" matçının VAR hakimi Cavid Cəlilovla bağlı yaranıb. İki penalti epizodu olub. Birincisində Cəlilov baş hakimi VAR-a çağırıb, ikincisində yox. Əliyarın vacib məqamda yenə gözü "tutulub", "görməyib" və məsuliyyət qalıb VAR hakiminin üstündə!
Bəla ondadır ki, illərdir bərbad idarəçiliyinə rəğmən Əliyar Ağayevi qorumağa cəhd edənlər var. Onun xeyrinə danışanlar anlamırlar ki, bəlkə də fərqinə varmadan futbolumuzun pisliyinə çalışırlar. Əliyar Ağayevə görə neçə komanda, neçə hakim "yanıb". Avropada yaxşı hakimlik edirsə, bu ona daxili çempionatda "bardak" açmaq hüququ tanımır. Əliyardan daha hakimliyimizə yar olmaz!
Həmid
saytlarin hazirlanmasi
