Futbol üzrə Azərbaycan I Liqasında XXI turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Cəbrayıl" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Zaqatala"nı qqəbul edib. 5 qolun vurulduğu qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 20-yə yüksəndən "Cəbrayıl" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 25 xalı olan "Zaqatala" isə 7-ci yerdədir.
"Cəbrayıl" - "Zaqatala" 3:2
Qollar: S.Hüseynli, 14, A.Eli, 51, D.Açimi, 87 - R.Həsənov, 50 (avtoqol), R.İsmayılov, 68
