"Yuventus" uruqvaylı müdafiəçini transfer etmək istəyir

20:50 - 8 Aprel 2026

"Sportinq"in müdafiəçisi Maksi Arauxo karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Yuventus" uruqvaylı futbolçunu transfer etmək istəyir. Bu barədə "Tuttojuve" nəşri məlumat yayıb.

İtaliya klubu Arauxonu yayda satılacağı gözlənilən Andrea Kambiaasonun davamçısı kimi düşünür. "Yuventus"un skautları 26 yaşlı sol cinah müdafiəçisini ötən gün UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin "Arsenal"la oyununda (0:1) izləyiblər.

Qeyd edək ki, "Sportinq" Maksi Arauxonu 2024-cü ilin yayında Meksikanın "Toluka" klubundan 13 milyon avroya transfer edib. Uruqvay millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 6 qol və 4 məhssuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti