"Yuventus"dan Spaletti qərarı - RƏSMİ

17:19 - 10 Aprel 2026

"Yuventus" müqaviləsi mövsümün sonunda başa çatan Luçano Spaletti ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar" italiyalı məşqçinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

67 yaşlı mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Luçano Spaletti ötən ilin oktyabr ayında "Yuventus"un baş məşqçisi vəzifəsinə təyin olunub. Turin təmsilçisi A Seriyasında 31 turdan sonra 57 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti