"Şamaxı"nın qapıçısı Rikardo Fernandeş Sportal.az saytına müsahibə verib.
- "Qarabağ"la matçda xal qazandınız. Matç sizin üçün necə keçdi? Xal qazanacağınıza çox inanırdınız?
- Bu, çox fədakarlıq tələb edən oyun idi. Bilirdik ki, çox çətinlik çəkəcəyik. Bu görüşdə bütün gücümüzü meydanda qoyduq. Biz ümumiyyətlə meydana çıxdığımız bütün oyunlarda yaxşı nəticə əldə etmək üçün oynayırıq. Heç vaxt meydana məğlub olmaq üçün çıxmırıq.
- "Qarabağ" çempionluq uğrunda mübarizə aparır. Onlara bu mübarizədə böyük zərbə vurdunuz. "Sabah"a qarşı oynamaq daha çətindir, yoxsa "Qarabağ"a qarşı?
- Onlar çempionatın ən güclü iki komandasıdır. Oyunlara fərqli strategiya ilə yanaşmalı olduğumuzu bilirik. Amma burada hamı ilə bərabər mübarizə aparmaq üçün oynayırıq.
- "Şamaxı" hazırda 8-ci pillədədir. Yəqin ki, mövsümü 7-8-ci pillədə bitirsəniz, sizin üçün uğurlu və yaxşı nəticə hesab olunacaq?
- Hələ ki mövsümün sonu haqda düşünmürük. Hələ çox oyun və çox xal var. İndi diqqətimizi “Karvan-Yevlax”la oyuna yönəltmişik. Yalnız mövsümün sonunda hər şeyi hesablayacağıq.
- "Şamaxı" növbəti turda "Karvan-Yevlax"la qarşılaşacaq. Yəqin ki, bu matçda qələbə qazanmaq çətin olmayacaq? Bu mövsüm onları səfərdə məğlub etmişdiniz. Amma sən oynamayacaqsan. Bu haqda nə deyəcəksən?
- Zəmanətli qələbələr və ya asan oyunlar yoxdur. Bu, bir illüziyadır. Peşəkar, xarakterli və rəqabətli olmalıyıq. Asan görüş olmayacaq. Bu görüşdə cəzalı olduğum üçün meydana çıxa bilməyəcəm. Lakin heyətimizin keyfiyyəti yüksəkdir və hamısı oynamağa hazırdır. Beləliklə, AbdullaSeydəhmədov liqanın ən yaxşı qapıçılarından biri olduğunu deyə bilərəm. U-21 yığmamızın qapıçısı Səlim Həşimovun da adını çəkmək olar. Kimin oynaması problem deyil.
- Ayxan Abbasov mövsümün sonunda komandadan gedəcək. Hətta bu barədə mətbuat konfransında da bildirdi ki: "İlk dəfədir ki, işlədiyim komandadan rahat ayrılacam". Belə olacağı təqdirdə, sən də komandadan ayrılacaqsan?
- Baş məşqçinin vəziyyəti ilə bağlı heç bir şərh verə bilmərəm. Çünki heç bir şeydə əminlik yoxdur. Üstəlik, bu məsələyə şərh vermək mənim işim deyil. Mənim “Şamaxı” ilə müqaviləm var.
Mirbağırağa
saytlarin hazirlanmasi
