"Fənərbaxça" səfərdə 4 qolla qalib gəldi - VİDEO

00:58 - 12 Aprel 2026

Türkiyə Super Liqasında 29-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, səfərdə "Kayserispor"un qonağı olan "Fənərbaxça" 4:0 hesablı qalib gəlməyi bacarıb.

Qeyd edək ki, İstanbul klubu 66 xalla 2-ci, "Kayserispor" isə 23 xalla 16-cı sırada yer alıb.

Türkiyə Super Liqası

29-cu tur

"Kayserispor" - "Fənərbaxça" 0:4

Qollar: N.Kante, 45+1, A.Taliska, 60, 87, D.Nene, 62

Xəbər xətti