Millimizin üzvü oynamadı, komandası xal itirdi - VİDEO

09:55 - 13 Aprel 2026

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin də formasını geyindiyi "Kolambus Kryu" MLS-in Şərq Konfransında VII tur çərçivəsində növbəti matçını keçirib.

Sportal.az xəbər verir ki, Axundzadənin komandası "Orlanda Siti" ilə qarşılaşıb.

Matç 1:1 hesabı ilə yekunlaşıb. Nəriman Axundzadənin adı matçın iştirak ərizəsində olsa da, meydana buraxılmayıb.

Hazırda "Kolumbus Kryu" Şərq Konfransında 6 xalla 11-ci, “Orlanda Siti” isə 4 xalla 13-cüdür.

Xəbər xətti