"Qarabağ"ın futbolçusu zədələndi, "Qəbələ"nin üzvü dəvət edildi

13:22 - 14 Aprel 2026

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, zədə səbəbindən “Qarabağ”ın futbolçusu Əli Bəşirovun əvəzinə heyətə “Qəbələ”nin oyunçusu Ariz Kərimov cəlb olunub.

Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.

Xəbər xətti