Millimizin üzvü üçün 62 dəqiqə

00:56 - 14 Aprel 2026

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin formasını geyindiyi "Partizani" Albaniya çempionatında 31-ci turun matçına çıxıb.

Sportal.az xəbər verir ki, İsgəndərlinin komandası səfərdə "Elbasani" ilə qarşılaşıb və rəqibinə uduzub.

Meydana start heyətində çıxan Vüsal 62-ci dəqiqədə əvəzlənib.

"Partizani" 30 tura 44 xal toplayıb və 5-ci pillədədir.

Xəbər xətti