"Neymarı yalnız adına görə milliyə çağırmaq olmaz" - ölkə prezidenti

00:18 - 15 Aprel 2026

Braziliya prezidenti Luiz Inaçio Lula da Silva Karlo Ançelotti ilə Neymarın milliyə çağırılması barədə söhbətini bölüşüb.

Sportal.az xəbər verir ki, ölkə prezidenti öz açıqlamasında bunları qeyd edib:

“Ançelotti məndən soruşdu: "Sizcə, Neymarı dünya çempionatına çağırmaq lazımdır?" Mən dedim ki, əgər o, fiziki cəhətdən hazırdırsa, futbol keyfiyyətləri kifayətdir.

Əsas məsələ onun istəyidir. Əgər çempionata getmək istəyirsə, peşəkar olmalıdır. O, Kriştiano Ronaldo və Lionel Messi kimi oyunçuları nümunə götürə bilər və hələ də gənc olduğu üçün milliyə düşə bilər.

Amma o, dünya çempionatına yalnız adına görə yox, məhz futbol keyfiyyətlərinə görə getmək istəməlidir."

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada 11 iyun – 19 iyul tarixlərində keçiriləcək.

Xəbər xətti