"Beşiktaş"ın yarımmüdafiəçisi üçün mövsüm erkən başa çatdı

20:53 - 14 Aprel 2026

Türkiyənin "Beşiktaş" klubunun heyətində itki baş verib.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Kattal Kayra Yılmaz sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyəli futbolçunun topuğunda zədə aşkarlanıb. 25 yaşlı dayaq yarımmüdafiəçisi mövsümün qalan hissəsində komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, Kartal Kayra Yılmaz "Beşiktaş"ın yetirməsidir. Futbolçu bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 2ü3 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti