"Dinamo" "Milan"dan icarəyə götürdüyü İsmael Bennaserlə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Xorvatiya klubu əlcəzairli yarımmüdafiəçinin transfer hüquqlarına yiyələnməyəcək. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
"Mavilər" 28 yaşlı dayaq yarımmüdafiəçisi üçün 10 milyon avroluq satınalma bəndini işə salmayacaq. Təcrübəli futbolçu mövsüm başa çatdıqdan sonra "Milan"ın düşərgəsinə qayıdacaq. Onun İtaliya klubu ilə müqaviləsi gələn ilin yayına kimidir.
Qeyd edək ki, "Dinamo" İsmael Bennaseri mövsümün əvvəlində icarəyə götürüb. Əlcəzair millisinin üzvü Zaqreb təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalmayıb.
saytlarin hazirlanmasi
