"Barselona"dan UEFA-ya şikayət - hakimliklə bağlı

22:23 - 16 Aprel 2026

"Barselona" UEFA-ya "Atletiko" ilə UEFA Çempionlar Liqası 1/4 final qarşılaşmalarındakı hakimliklə bağlı rəsmi şikayət ünvanlayıb.

Sportal.az xəbər verir ki, klubun bəyanatında bildirilir ki, iki oyun ərzində bir neçə hakim qərarı futbol qaydalarına uyğun olmayıb. “Barselona” hesab edir ki, bu qərarlar qaydaların düzgün tətbiq edilməməsi və vacib epizodlarda VAR sisteminin yetərincə müdaxilə etməməsi nəticəsində baş verib.

Kataloniya təmsilçisinin fikrincə, bu səhvlərin yığılması matçların gedişinə və qarşıdurmanın yekun nəticəsinə birbaşa təsir göstərib, nəticədə klub həm idman, həm də maliyyə baxımından ciddi itkilərlə üzləşib.

Bəyanatda həmçinin qeyd olunur ki, klub daha əvvəl UEFA-ya etdiyi müraciətləri təkrarlayır və gələcəkdə hakimlik sisteminin daha ədalətli, şəffaf və dəqiq olması üçün qurumla əməkdaşlığa hazırdır.

Qeyd edək ki, ilk oyundan sonra edilən əvvəlki şikayət UEFA tərəfindən “qəbulolunmaz” sayılaraq rədd edilmişdi.

Xəbər xətti