8 il sonra "İnter"dən ayrılacaq

20:34 - 16 Aprel 2026

Mövsümün sonunda müqaviləsi başa çatan Stefan de Vrey "İnter"dən ayrılacaq.

Sportal.az xəbər verir ki, A Seriyasının lideri niderlandlı müdafiəçi ilə yeni sözləşmə imzalamayacaq. Bu barədə "La Repubblica" nəşri məlumat yayıb.

De Vrey azad agent statusu ilə İtaliya klubunu tərk edəcək. 34 yaşlı futbolçunun karyerasını Qətərdə davam etdirəcəyi gözlənilir. Təcrübəli mərkəz müdafiəçisi "Əl-Sədd" klubu ilə anlaşıb.

Qeyd edək ki, Stefan de Vrey 2018-ci ilin yayından "İnter"də çıxış edir. Niderland millisinin üzvü bu mövsüm Milan təmsilçisinin heyətində 14 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti