Azərbaycan - Andorra matçının hakimləri açıqlandı

17:37 - 16 Aprel 2026

Qadın futbolçulardan ibarət Azərbaaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Andorrayaa qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.

Sportal.az xəbər verir ki, qarşılaşmanı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Vesna Miletiç olacaq. Ona yan xətlərdə Merima Homaraç və Nevena Markoviç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Senida Petak yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan - Andorra matçı aprelin 18-də "Bank Respublika Arena"da keçiriləcək və saat 17:00da start götürəcək.

Xəbər xətti