Konfrans Liqasında yarımfinalçılar bəlli oldu

01:06 - 17 Aprel 2026

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab matçları keçirilib.

Sportal.az xəbər verir ki, Arda Turanın rəhbərlik etdiyi "Şaxtyor" "AZ Alkmaar"la Niderlandda qarşılaşıb. 2 matçın nəticəsinə görə üstün olan Ukrayna təmsilçisi adını yarımfinala yazdırmağı bacarıb.

Turnirin favoritlərindən hesab edilən "Fiorentina" və "Kristal Pelas" isə bu dəfə İtaliyada üz-üzə gəlib. "Fiorentina" bu matçda qələbə qazansa da, bu növbəti mərhələ üçün bəs etməyib.

Konfrans Liqası
1/4 final mərhələsi, cavab oyunları

16 aprel

20:45. "AZ Alkmaar" (Niderland) – “Şaxtyor” (Ukrayna) 2:2
İlk oyun 0:3

23:00. “Fiorentina” (İtaliya) – “Kristal Pelas” (İngiltərə) 2:1
İlk oyun – 0:3

23:00. AEK (Afina, Yunanıstan) – “Rayo Valyekano” (İspaniya) 3:1
İlk oyun – 0:3

23:00. “Strasburq” (Fransa) – “Maynts” (Almaniya) 4:0
İlk oyun – 0:2

Xəbər xətti