Massimiliano Alleqrinin gələcəyi ilə bağlı İtaliya futbolunda maraqlı ssenarilər müzakirə olunur.
Sportal.az xəbər verir ki, İtaliya Futbol Federasiyasına yeni prezident seçildikdən sonra Alleqrinin İtaliya millisinə dəvət olunması variantı ciddi şəkildə nəzərdən keçirilir. İtaliya mediasında həm o, həm də Antonio Konte əsas namizədlər kimi göstərilir.
“Napoli” də variantı dəyərləndirir. Əgər Konte milliyə keçərsə, "Napoli" prezidenti Aurelio De Laurentiisin onun yerinə məhz Alleqrini gətirmək istədiyi bildirilir. Bu ssenari son günlər İtaliya mediasında tez-tez səslənir.
saytlarin hazirlanmasi
