"Real"ın sabiq futbolçusu: "Məni zədələdi və hər şeyi məhv etdi"

10:18 - 2 Mart 2026

“Lill”, “Çelsi”, “Real” və Belçika milli komandasının keçmiş oyunçusu Eden Hazard 32 yaşında karyerasını bitirməsinə səbəb olan zədə ilə bağlı xatirələrini bölüşüb. 

Sportal.az “Madrid Xtr” sosial şəbəkə hesabına danışan belçikalı həmin anları belə xatırlayıb:

“Əla formada idim, sonradan millidən də komanda yoldaşım olmuş Tomas Menye məni zədələdi və hər şeyi məhv etdi. İki-üç il əvvəl "Çelsi" ilə oyunda oxşar sınıq olmuşdu. Zədədən sonra sağaldım, sonra isə "Levante" ilə oyunda eyni topuğumu yenidən sındırdım. Problemlər də elə o zaman başladı”.

Qeyd edək ki, Eden Azar 2019-cu ilin noyabr ayında “Real”ın heyətində PSJ-yə qarşı keçirdiyi matç zamanı Tomas Menye tərəfindən zədələnmişdi. 

Xəbər xətti