Tanınmış idman jurnalisti Natiq Muxtarlı sosial şəbəkə hesabında "Qarabağ" və Qurban Qurbanov haqda öz fikirlərini paylaşıb.
Sportal.az sizə həmin paylaşımın mətnini təqdim edir:
“İlin məşqçisi” mükafatını alarkən Qurban Qurbanova edilən arzu:
Sizi bilmirəm, mənim yaşadığım ərazidə işıqlar tez-tez sönür. Elə “Qarabağ”-“Ayaks” oyunu zamanı da işıqlarımız söndü.
İşıqlar sönəndə hamının evində əsl xaos yaranır: Hamı qaranlıqdakı boşluqdan tutaraq nəsə axtarır. Biri telefona əl atır, digəri lampanı, bir başqası şamı axtarır. Qarğış edən kim, deyinən kim, söyüş söyən kim.
Qurban Qurbanov, “Qarabağ” Azərbaycan xalqı üçün işıqdır. Özü də yeganə işıq. Bu xalqın sevinc təşnəsi yalnız “Qarabağ”dır. “Qarabağ” uduzanda bu xalqın işığı sönür. Ona görə də hamı deyinir, tənqid edir.
İndi görün “Qarabağ” olmasa, necə olar. Depressiyaya düşər bu xalq.
Qurban müəllim, bu “Qarabağ”ı qoruyub saxlamaq missiyası sizin üzərinizə düşür. Bizdən imdad gözləməyin. Biz də o xalqa qoşulub sizi tənqid edəcəyik.
Azərbaycan reallığında bu “Qarabağ”ı qorumağın nə qədər çətin olduğunu bilirəm. Onu da bilirəm ki, siz olduqca səbirli adamsınız. Bununla belə mən yenə də sizə səbir arzulayıram. Yandırdığınız bu işığa görə sağ olun."
saytlarin hazirlanmasi
