"Marsel"in yarımmüdafiəçisi Pyer-Emil Haybjerq "Yuventus"un maraq dairəsinə düşüb. Turin klubunun baş məşqçisi Luçano Spaletti qışda yarımmüdafiəçi almağı tələb edir və 30 yaşlı Danimarka millisinin futbolçusu əsas hədəflərdən biridir.
Sportal.az xəbər verir ki, "Yuventus"un baş direktoru Damyen Komolli bu istiqamətdə işləyir, lakin "Marsel" hələ gözləmə mövqeyindədir və oyunçudan ayrılmağa hazır olduqlarını bildirir.
Yayda da "Yuventus" Haybjerqi transfer etmək istəyirdi, amma "Marsel"in baş məşqçisi Roberto De Dzerbi danimarkalının komandada qalmasını tələb etmişdi.
Qeyd edək ki, Pyer-Emil bu mövsümdə 20 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
