Tarixində ilk dəfə Çempionlar Liqasını qazanan PSJ-nin beş futbolçusu 2025-ci ilin yekunlarına görə FİFA-nın simvolik yığmasına düşüb.
Sportal.az xəbər verir ki, "The Best" mərasimində ilin komandasına aşağıdakı futbolçular daxil edilib:
Canluici Donnarumma (PSJ / "Mançester Siti"), Əşrəf Hakimi, Vilyan Paço (hər ikisi – PSJ), Vircil van Deyk ("Liverpul"), Nunu Mendeş (PSJ), Koul Palmer ("Çelsi"), Cud Bellinqem ("Real"), Vitinya (PSJ), Pedri, Lamin Yamal (hər ikisi – "Barselona"), Usman Dembele (PSJ).
saytlarin hazirlanmasi
