"Milan" legioneri ilə bağlı qərar verdi

12:18 - 16 Dekabr 2025

"Milan" Aleksis Salemakerslə bağlı qərar verib.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "rossonyerlər" belçikalını komandada saxlayıb. 

26 yaşlı futbolçunun müqavilə müddəti artırılıb. 

Salemakers 2020-ci ilin yanvarında "Anderlext"dən 8 milyon avro qarşılığında "Milan"a keçmişdi. Onun müqavilə müddəti mövsümün sonuna qədər idi.

Belçika millisinin üzvünün yeni müqaviləsi 2031-ci il iyunun 30-na qədərdir. 

O, "Milan"a keçdikdən sonra "Bolonya" və "Roma"da icarə əsasında da çıxış edib.

Xəbər xətti