Azərbaycan Premyer Liqasında legioner həyatı yaşamış polyak qolkiperlərdən olan Lukaş Sapela Sportal.az saytına açıqlama verib.
Hazırda Polşada məşqçi kimi fəaliyyət göstərən Sapela “Qarabağ”ın qapısını qoruyan həmyerlisi, Mateuş Koxalski barədə danışıb.
Onun fikrincə, Ağdam klubunun qolkiperi Avropa klublarının diqqət mərkəzinə düşə bilər:
"Koxalskinini də, "Qarabağ"ı da izləyirəm. O, həqiqətən də əla mövsüm keçirir. Etdiyi möhtəşəm seyvlər Çempionlar Liqası və Premyer Liqada ön plana çıxmasına kömək oldu. ÇL-də bir neçə turda etdiyi seyvlər həqiqətən möhtəşəm idi. Fikrimcə, Koxalski bu səviyyədə çıxış etməyə davam edərsə, “Qarabağ” gələcəkdə onun satışından yaxşı məbləğ, hətta rekord transfer məbləği əldə edə bilər. Ümidvaram ki, o, bu cür də davam edəcək. Çünki yaxşı qapıçıdır. Əlbəttə ki, komandanın da çıxışı buna köməkdir, oradakı qapıçı məşqçiləri də indiki performansına səbəbkardır. Ona və "Qarabağ"a da uğurlar arzulayıram".
Qeyd edək ki, Sapela 2012-2014-cü illərdə “Rəvan”ın qapısını qoruyub.
Mirbağırağa
saytlarin hazirlanmasi
