Daha iki klubun "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyo ilə maraqlandığı müəyyən edilib.
Sportal.az xəbər verir ki, “Botafoqo"dan əlavə, braziliyalı “Braqa" və "Sivasspor"un transfer siyahısındadır.
Bu barədə “Bolavip Brasil” nəşri məlumat yayıb. Amma “Qarabağ”ın Bikalyo üçün nə qədər təzminat tələb etdiyi açıqlanmayıb.
Eyni zamanda, Pedronun agenti Breno Şarte “İnternasional”ın ona maraq göstərməsi xəbərlərini təkzib edib.
24 yaşlı futbolçu mövsümün əvvəlində “Qarabağ”la müqavilə imzalayıb. Onun müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
