Almaniyalı hücumçu "Milan"a keçir

13:57 - 20 Dekabr 2025

"Vest Hem"in hücumçusu Niklas Füllkruq karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Milan" almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Rossoneri" Füllkruqu satınalma bəndi ilə icarəyə götürmək üçün İngiltərə klubuna təklif göndərib. Tərəflərin anlaşma əldə etməyə yaxın olduğu bildirilir.

Qeyd edək ki, Niklas Füllkruq bu mövsüm "Vest Hem"in heyətində 9 rəsmi matçda meydana çıxıb. Onun London təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti