Futbol üzrə Xorvatiya çempionatında 18-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Rüfət Abdullazadənin formasını geyindiyi "Varajdin" doğma meydanda "İstra"nı qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Rüfət bu matçda iştirak etməyib. 24 yaşlı yarımmüdafiəçi sona qədər ehtiyatda qalıb.
18 turdan sonra 23 xal toplayan "Varajdin" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
