Azərbaycan milli komandasının forvardı Renat Dadaşovun “Motor”dan ayrılacağı haqda xəbər vermişdik.
İki gün əvvəl isə Lublin klubunun Dadaşova özünə yeni komanda axtarmağa icazə verməsi haqda xəbərlər yayılıb.
Sportal.az saytına verilən məlumata görə, 26 yaşlı forvarda əsas diqqət Azərbaycandandır.
Premyer Liqamızda yarışan iddialı klublar Renatı ən azından yay qədər icarəyə götürməyi planlaşdırır. Dadaşov isə Premyer Liqamızda oynamağı prioritet saymasa da, ən azından statistikasını yaxşılaşdırıb, yayda daha iddialı klublardan birinə keçmək üçün bu varianta üstünlük verə bilər.
Əldə etdiyimiz məlumata görə, millimizin forvardı bu ayın sonu, yanvarın ilk günlərində menecerinə yekun qərarını bildirəcək və ən azından qış fasiləsindən mövsümün sonuna qədər Azərbaycanda oynayıb-oynamayacağı dəqiqləşəcək.
"Ayntraxt”, “Eştoril”, “Vulverhempton”, “Qrasshoppers”, “Hatayspor”, “Ankaragücü”, “Radomiak” klublarında oynamış Dadaşov mövsümün əvvəlində anlaşdığı “Motor”la müqavilə müddəti 2026-cı il iyunun 30-na başa çatacaq.
saytlarin hazirlanmasi
