Argentina millisinin və “Vilyarreal”ın müdafiəçisi Xuan Markos Foyt karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, “Mançester Yunayted” 27 yaşlı futbolçu üçün İspaniya klubu ilə danışıq aparır.
“Qırmızı şeytanlar” mərkəz müdafiəçisinin keçidini qışda reallaşdırmaq istəyir. Argentinalının “Vilyarreal”la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
O, karyerası ərzində “Estudiantes”, “Tottenhem” klublarında oynayıb.
