"Turan Tovuz"un legioneri paylaşım etdi - FOTO

12:22 - 21 Dekabr 2025

"Turan Tovuz"un qapıçısı Oleq Baklov sosial şəbəkədə paylaşım edib.

Sportal.az xəbər verir ki, Tovuz klubunun tacik qolkiperi instaqram səhifəsində belə yazıb:

"Futbol ili başa çatdı. Bizə inanan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, "Turan Tovuz" Misli Premyer Liqasında 16 oyundan sonra 27 xalla 5-ci pillədədir.

 

Xəbər xətti