"Əgər biz irəliləyiş etməsək, “Arsenal”ı məğlub edə bilmərik" - Qvardiola

22:43 - 20 Dekabr 2025

İngiltərə Premyer Liqasının XVII turu çərçivəsində "Mançester Siti" "Vest Hem"i 3:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Pep Qvardiola qələbədən sonra oyun günü yekunlarına əsasən Premyer Liqanın cədvəlində birinci yerə yüksəlməni şərh edib:

"Belə mövqedə olmaq çox xoşdur, amma sizə deyirəm, oyunumuzu yaxşılaşdırmasaq, “Arsenal”ı məğlub edə bilmərik. Mövcud səviyyə kifayət etməyəcək və mən bunu doğrudan da belə hesab edirəm.

Burada, eləcə də Çempionlar Liqasında yaxşı vəziyyətdə olmağımıza sevinirəm. Zirvəyə yaxınıq. Komanda hər matçla irəliləyiş edir, fərqli şəkildə müdafiə olunur. Hücum da fərqli olmalıdır — bu, rəqibin strukturundan asılıdır. Bu gün nə etməli olduğumuz aydın idi, amma ən yaxşı mövqeləri tutmurdıq.

Topla kifayət qədər yaxşı işləmirdik və buna görə də çox şey alınmırdı, xətlər arasından keçmək və növbəti addımları atmaq üçün ən uyğun mövqeləri tutmuruq. Məsələ ondadır ki, futbolçular bunun üçün kifayət qədər cəsarətli deyillər.

Amma biz irəliləyiş edəcəyik, çünki açıq futbol oynayırıq. Bizim möhtəşəm komandamız var və buna nail olmağa çalışacağıq."

Xəbər xətti