İspaniyanın "Barselona" klubunun heyətində itki baş verib.
Sportal.az xəbər verir ki, La Liqa nəhənginin müdafiəçisi Andreas Kristensen sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Danimarkalı futbolçu komandanın məşqi zamanı dizindən zədə alıb. 29 yaşlı mərkəz müdafiəçisi bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Andreas Kristensen2022-ci ilin yayından "Barselona"da çıxış edir. Danimarka millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi
