Hans-Diter Flik İspaniya La Liqası çərçivəsində keçirilən "Vilyarreal"la oyundan (2:0) sonra maraqlı fikirlər səsləndirib.
Sportal.az xəbər verir ki, "Barselona"nın baş məşqçisi bunları qeyd edib:
"Onların fantastik komandası var, çox sürətli hücum edirlər və üç xal qazandığımıza görə çox şadam. Kunde ilə, düşünürəm ki, hər şey qaydasındadır. Son üç-dörd gündə xəstə idi və oyun üçün lazım olan səviyyədə özünü yaxşı hiss etmirdi. Bu gün ciddi zədə aldığını düşünmürəm.
Əsas məsələ xal toplamaqdır. Joan Qarsiya bir neçə yaxşı seyvlər etdi, əla oyun keçirdi. Komandam bir qədər yorulmuşdu, amma mentalitet və xarakter inanılmazdır. Üç xal qazandıq və ili bu cür başa vurmaq fantastikadır.
Düşünürəm ki, biz xeyli irəliləmişik. Mentalitet və ustalıq yüksək səviyyədədir. Ən vacibi isə komandanın necə məşq etməsidir. Biz bunu keyfiyyətli və intensiv şəkildə edirik. Bir neçə həftə ərzində zəif oynadığımız dövrdə bunun səbəbini anlamırdım, çünki yaxşı məşq edirdik."
saytlarin hazirlanmasi
