Mərakeş milli komandasının üzvü Amin Harit Türkiyədə klubunu dəyişə bilər.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “Beşiktaş”ın transfer siyahısındadır. “Qara qartal” onun üçün “Marsel”lə danışıqlara başlayıb.
Harit mövsümün əvvəlində 2026-cı il iyunun 30-na kimi “Başakşəhər”ə icarəyə verilib.
“Beşiktaş” isə qış “transfer pəncərəsi” zamanı mərakeşli yarımmüdafiəçinin transfer hüquqlarına yiyələnmək niyyətindədir.
Qeyd edək ki, Aminin “Marsel”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Nant”, “Şalke” klublarında da forma geyinib.
