Braziliya millisinin üzvü ölkəsinə qayıdır

19:57 - 23 Dekabr 2025

"Əl-Hilal"dan ayrıldıqdan sonra klubsuz qalan Renan Lodi karyerasını bərpa etməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu ölkəsində oynayacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.ə

Lodi "Atletiko Mineyro" ilə anlaşıb. 27 yaşlı sol cinah müdafiəçisi A Seriyası təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Braziliya millisinin üzvü olan Renan Lodi Avropada "Atletiko", "Nottingem Forest" və "Marsel" kimi klubların formasını geyinib.

Xəbər xətti