"Yuventus"un futbolçusu: "Burada xoşbəxtəm, amma heç nə deyə bilmərəm"

12:47 - 23 Dekabr 2025

"Yuventus"un yarımmüdafiəçisi Veston Makkenni klubla müqavilə müddətubub artırılmasının perspektivi barədə danışıb.

Sportal.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, onun Turin klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. 

ABŞ millisinin üzvü “Yuventus”da xoşbəxt olduğunu deyib: "Yuventus"da xoşbəxtəm, Turini bəyənirəm, dörd ildir buradayam və mümkün qədər uzun müddət qalmaq istəyirəm, amma bu, həm də klubdan asılıdır. Müqavilənin artırılması? Hələ ki heç nə deyə bilmərəm, proseslərin başlayıb-başlamadığı haqda da heç nə bilmirəm(gülür)".

Bu mövsüm 22 matçda amerikalı iki qol vurub və üç məhsuldar ötürmə edib. 
 

Xəbər xətti